10 mərhələli Koreya dəriyə qulluq rutini
K-Beauty və ya Koreya Dəriyə Qulluq rutini çox mərhələli gözəllik rutini kimi tanınır. Bu özəl rutin, dərinin sağlamlığını və görünüşünü yaxşılaşdırmağı hədəfləyir. İlk mərhələ dərinin təmizlənməsidir. Xüsusən, K-Beauty təmizləyiciləri ilə dərini dərindən təmizləyir və makyajı təmizləmək üçün ən effektiv tərkiblərə malikdir. Sonra tonik və esanslar ilə dəri pH balansı normallaşdırılaraq dərinin nəmlənməsi təmin olunur. K-Beauty rutinllərinin vacib məqamlarından biri də çoxlu və fərqli məhsul istifadəsidir, bu məhsullara serumlar, nəmləndiricilər, güneş kremləri və maskalar aiddir. Bu məhsullar fərdi olaraq seçilir. K-Beauty məhsulları adətən mükafat almış, təbii inqredientlərə malik və lazımı insan testlərindən keçirildikdən sonra sizlərə təqdim olunur.
K-Beauty dəriyə qulluq rutini nəinki, dərinin nəmləndirilməsi eyni zamanda yaşlanma əleyhinə də təsir edir. Bu qulluq rutininin sonunda Koreyalıların şüşə kimi dərisinə sahib olmaq mümkündür. Təbii ki, müəyyən zaman çərçivəsində və düzgün , səbrlə yerinə yetirilərsə.
Təmizləyici Yağ & Balmaz
Təmizləyici Yağ & Balmaz Koreya dəriyə qulluq rutininin ilk mərhələsidir, makiyajı və kiri çıxartmaq üçün istifadə olunur.
Dərimizi təmizləməyə yağ və ya balm ilə başlamaq gün ərzində dərinizin məruz qaldığı yağ, kir və makiyajdan təmizlənməni təmin edir. Təmizləyici üzə masaj edərək çəkilir, sonra ilıq su ilə duralanır.

Təmizləyici Köpük & Gel
İkinci mərhələ, tər və kirdən qurtulmaq üçün su əsaslı təmizləyici istifadəsidir.
Su əsaslı təmizləyicilər, dərini tərtəmiz edir. Bu mərhələdə ən əsası düzgün məhsul seçimidir. İdeal məhsul elə seçilməlidir ki, dərini qurutmasın. Təmizləyicidən lazımi miqdarda götürüb, üz və boyun nahiyyəsinə masaj edərək çəkin və sonra ilıq su ilə durulayın.
Alış-verişə Keç

Peeling
Peeling Eksfoliasiya, əsasən, ölü dərinin təmizlənilməsi deməkdir.
Dərinin ölü hüceyrələrdən təmizlənməsi daha sonra istifadə edəcəyimiz məhsulların effektivliyinı artırdığı üçün bu mərhələ vacibdir. Peelingləri yumşaq masaj edərək həftədə 2-3 dəfə istifadə edə bilərsiniz. Davamlı peeling istifadəsi dərinin parıldaması, ləkələrin azalması, məsamələrin açılma və dərinin sanki tənəffüs etməsinə səbəb olur. Çox həssas dəriniz və ya açıq yaranız varsa bu mərhələni etməyə bilərsiniz. Problemli (aktiv akne, sızanaq) dərilərə sahib istifadəçilərin bu mərhələni etməməyini tövsiyə edirik.

Tonik
Dəridə qalan kiri təmizləmək və dərinin pH səviyyəsini balanslaşdırmaq üçündür.
Tonik dərini nəmləndirir, məsamələri açır və dərinin pH səviyyəsini balanslaşdıraraq daha sonra istifadə edəcəyiniz serumların təsirini maksimum səviyyəyə çatdırmağa kömək edir.
Toniki pambığa töküb üzünüzünə, boynunuza və sinə nahiyyəsinə həm gecə, həm də gündüz istifadə edə bilərsiniz. Əgər həssas dəriniz varsa gündə 1 dəfə istifadə edə bilərsiniz.

Esans
Esans, nəmləndirici tərkibə malikdir və hüceyrə yeniləmə prosesini sürətləndirirlər.
Koreyalıların dəriyə qulluq rutinlərinə xas olan konsentirasiya olunmuş nəmləndirici xüsusiyyətə malik mərhələsidir. Esansların sıxlığı serumlarla müqayisədə daha azdır, bunun hesabına dəridən yaxşı sorulurlar. Dərini nəmləndirir, yenilənmə prosesinə yardım edirlər. Ovucunuza 4-5 damcı töküb, barmaq uclarınızla masaj edərək dəriyə məhsulu yedirin.
Alış-verişə Keç


Serum ve Ampul
Serumlar və Ampullar konsentrasiya olunmuş formulaları hesabına dəriyə qulluq edir.
Serumlar və ampullar dəri problemlərinə təsir edəcək formada yaradılıblar. Qırışlar, ləkə problemi, akne, sızanaq, elastikliyin itməsi kimi dəri problemlərinə görə doğru məhsul seçim etmək lazımdır.
Maskalar
Kağız Maskalar vitamin və minerallarla zəngindir.
İstifadə olunan məhsuldan maksimum fayda götürmək və dərinizə parlaqlıq vermək üçün istifadə olunan maskalar Koreyalıların dəriyə qulluq rutininin vacib hissəsidir. 15-20 dəqiqə həftədə bir neçə dəfə istifadə etmək olar. Daha effektiv nəticə üçün serumlardan sonra istifadə edin.


Nəmləndirmə
Dəri qulluğunun ən vacib mərhələlərindən biri kremlerdir.
Bəzi məhsullar dərinin qurumasına səbəb olur ki, buna görədə dəriyə qulluğun 9. mərhələsi nəmləndirici kremlərdir. Lazımi miqdarda nəmləndiriciləri əlinizlə tampon hərəkətlərlə üzünüzə yedirə bilərsiniz. Unutmayın ki, yaxşı nəmlənmiş dəri par-par parıldayır.

Göz Ətrafı Baxım
Göz kremləri göz ətrafında olan problemlərin azalmasına köməklik edir.
İncə dəriyə malik göz ətrafı bədənimizin ən həssas yerlərindən biridir. Buna görədə göz ətrafı istifadə olunacaq məhsullar yalnız bu nahiyyəyə özəl olmalıdır. Göz altı torbalarına, qaralmalara, göz ətrafı qırışıqlıqlarına təsir edəcək düzgün məhsul seçilməlidir! Yavaş və nazik hərəkətlərlə göz ətrafına çəkməli, gözə təmas olmamalıdır.
