10 mərhələli Koreya dəriyə qulluq rutini
K-Beauty və ya Koreya Dəriyə Qulluq rutini çox mərhələli gözəllik rutini kimi tanınır. Bu özəl rutin, dərinin sağlamlığını və görünüşünü yaxşılaşdırmağı hədəfləyir. İlk mərhələ dərinin təmizlənməsidir. Xüsusən, K-Beauty təmizləyiciləri ilə dərini dərindən təmizləyir və makyajı təmizləmək üçün ən effektiv tərkiblərə malikdir. Sonra tonik və esanslar ilə dəri pH balansı normallaşdırılaraq dərinin nəmlənməsi təmin olunur. K-Beauty rutinllərinin vacib məqamlarından biri də çoxlu və fərqli məhsul istifadəsidir, bu məhsullara serumlar, nəmləndiricilər, güneş kremləri və maskalar aiddir. Bu məhsullar fərdi olaraq seçilir. K-Beauty məhsulları adətən mükafat almış, təbii inqredientlərə malik və lazımı insan testlərindən keçirildikdən sonra sizlərə təqdim olunur.
K-Beauty dəriyə qulluq rutini nəinki, dərinin nəmləndirilməsi eyni zamanda yaşlanma əleyhinə də təsir edir. Bu qulluq rutininin sonunda Koreyalıların şüşə kimi dərisinə sahib olmaq mümkündür. Təbii ki, müəyyən zaman çərçivəsində və düzgün , səbrlə yerinə yetirilərsə.
Təmizləyici Yağ & Balmaz
Təmizləyici Yağ & Balmaz Koreya dəriyə qulluq rutininin ilk mərhələsidir, makiyajı və kiri çıxartmaq üçün istifadə olunur.
Dərimizi təmizləməyə yağ və ya balm ilə başlamaq gün ərzində dərinizin məruz qaldığı yağ, kir və makiyajdan təmizlənməni təmin edir. Təmizləyici üzə masaj edərək çəkilir, sonra ilıq su ilə duralanır.
Təmizləyici Köpük & Gel
İkinci mərhələ, tər və kirdən qurtulmaq üçün su əsaslı təmizləyici istifadəsidir.
Su əsaslı təmizləyicilər, dərini tərtəmiz edir. Bu mərhələdə ən əsası düzgün məhsul seçimidir. İdeal məhsul elə seçilməlidir ki, dərini qurutmasın. Təmizləyicidən lazımi miqdarda götürüb, üz və boyun nahiyyəsinə masaj edərək çəkin və sonra ilıq su ilə durulayın.
Alış-verişə Keç
Peeling
Peeling Eksfoliasiya, əsasən, ölü dərinin təmizlənilməsi deməkdir.
Dərinin ölü hüceyrələrdən təmizlənməsi daha sonra istifadə edəcəyimiz məhsulların effektivliyinı artırdığı üçün bu mərhələ vacibdir. Peelingləri yumşaq masaj edərək həftədə 2-3 dəfə istifadə edə bilərsiniz. Davamlı peeling istifadəsi dərinin parıldaması, ləkələrin azalması, məsamələrin açılma və dərinin sanki tənəffüs etməsinə səbəb olur. Çox həssas dəriniz və ya açıq yaranız varsa bu mərhələni etməyə bilərsiniz. Problemli (aktiv akne, sızanaq) dərilərə sahib istifadəçilərin bu mərhələni etməməyini tövsiyə edirik.
Tonik