Haqqımızda

Cənubi Koreya kosmetika və dəriyə qulluq brendləri və ya qısaca K-Beauty; təbii və vəd etdiklərini yerinə yetirən tərkibə malik olduğu üçün Asiyadan sonra Amerika və Avropa da məşhur oldu. Koreya dəriyə qulluq rutini və istifadə edilən xüsusi məhsullar əvvəlcə Qərb istifadəçiləri üçün yad görünsə də, Koreyanın gözəllik sirləri və təəccüblü təsirləri ilə tanış olmaq böyük zövqə çevrildi.  İndi təkcə Asiyada deyil, bütün dünyada milyonlarla istifadəçi K-Beauty marka və məhsullarından istifadə edir və onları əvəzolunmaz hesab edir.

Son illər Azərbaycanda da K-Beauty-ə böyük maraq var. Bütün bu marağa baxmayaraq, təəssüf ki, Azərbaycanda K-Beauty məhsulları elədə əl çatan deyil. Glass Skin Co. olaraq biz K-Beauty istifadəçilərinin həsrətinə son qoymaq və K-Beauty-ni geniş auditoriyaya təqdim etməklə onlara yeni (və çox əyləncəli) dünyanın qapılarını açmaq missiyası ilə yola çıxdıq. Çox gərgin və uzun səylər nəticəsində Glass Skin Co. – nu yaratdıq və çox büyük gürurla sizə təqdim edirik.

Glass Skin Co. koreyalıların “şüşə kimi dəri” devizindən ilham alaraq ən keyfiyyətli, təmiz və effektiv tərkibə malik K – Beauty məhsulları ilə dərinizə layiq olduğu işığı verməyi hədəfləyir.

Glass Skin Co. bir mağazadan daha çox K-Beauty həvəskarlarının bir araya gələ biləcəyi bir platforma olaraq hazırlanmışdır. K-Beauty haqqında bütün inkişaflar, faydalı təlimatlar, məlumatlandırıcı məzmun, blog yazıları; bir sözlə, siz K-Beauty haqqında hər şeyi Glass Skin Co.-da tapa bilərsiniz.

Biz sizin üçün yalnız ən yaxşı brendlərin ən yaxşı məhsullarını seçir və sizin rəy və təklifləriniz əsasında seçimimizi günü-gündən təkmilləşdirməyə çalışırıq. Glass Skin Co.-da mövcud olan bütün brendlər və məhsullar Koreya mənşəlidir və yalnız Koreyadakı səlahiyyətli distribyutorlardan gətirilir. Brendlərimiz və məhsullarımız haq-qında ətraflı məlumatı səhifələrimizdə tapa bilərsiniz.

Məqsədimiz Asiya və Asiyadan ilham alan gözəllik məhsulları üçün Azərbaycanın ən böyük bazarı olmaqdır. Biz müştərilərə istədiklərini rahat və etibarlı şəkildə tapmağa kömək edən Glass Skin Co.’nun Asiya gözəllik məhsullarını onlayn almaq üçün ən etibarlı yer olacağına inanınırıq.


Səbət
Sign in

No account yet?

Biz, bu saytın işləməsi üçün son dərəcə zəruri olan "cookie" fayllarından istifadə edirik. Bundan əlavə biz, sayta girişi asanlaşdırmaq və funksionallığını yaxşılaşdırmaq, saytdakı hərəkətlərinizi təhlil etmək və izləmək, eləcə də ondan istifadənin rahatlığını artırmaq üçün quraşdırılması vacib olmayan "cookie" fayllarından istifadə edirik. Siz , quraşdırılması vacib olmayan "cookie" fayllarından istifadəyə icazə verməlisiniz.
18 yaşınız tamam olubmu?
Xahiş edirik, yaşınızı təsdiq edin.
Giriş qadağandır.
Yaşınıza görə girişiniz məhdudlaşdırılıb.
I am 18 or Older I am Under 18